Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.12.2017  09:17 

Həkimlərin yazdığını niyə oxumaq olmur?





A+  A-

Yəqin ki, əksəriyyət həkimlərin əl yazısı ilə tanışdır. Adətən, çoxları yazılan reseptləri oxumaqda çətinlik çəkir. Sanki həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda, əczaçılar başa düşür. Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan, həkimlərin əl yazısı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Maraqlıdır, həkimlərin səliqəsiz, yaxud anlaşılmayan yazılarının səbəbi nədir?

XəzərNews.az
xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlama verib: “Bilirsiniz, mən özüm də həkiməm. Həkimlərin əl yazısı, Tibb Universitetində dərslərin çoxluğu ilə bağlı olan məsələdir. Adətən, auditoriyada professorlar öz təcrübələrindən çıxış edərək, leksiyalar deyir və başqa ixtisaslardan fərqli olaraq, onların yazılması çox önəmlidir. Çox vaxt bu proses sürətli olduğu üçün zamanla xətt də dəyişir. Bu baxımdan, həkimlərin xətlərini oxumaqda çətinlik yaranır. Universitetə girən zaman mənim də gözəl xəttim var idi. Universiteti bitirəndə, o xətdən əsər-əlamət qalmamışdı. Amma indi leksiya yazan da qalmayıb.

Digər tərəfdən, hazırda həkim xətti məsələsi əvvəlki əhəmiyyətini itirib. Çünki texnologiya inkişaf etdi, yazışmaların çoxu elektron formada reallaşdı və nəticə olaraq demək olar ki, həkimlərin nəsə yazmasına ehtiyac qalmır. Hətta reseptlər də elektron qaydada yazılıb apteklərə ötürülür. Bu mənada əl yazısına zərurət yoxdur”.
Deputat qeyd edib ki, həkimlərin əl yazısı bağlı məsələni ciddi problem hesab etmək olmaz.

Xəbər 1820 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +