Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


22.04.2021  17:46 

Hüseynbala Mirələmov YAP-dan çıxarılır - AÇIQLAMA





A+  A-

“Yeni Azərbaycan Partiyasının hər hansı üzvü partiyanın imicinə və əsasnaməsinə uyğunsuz hərəkət edirsə, bundan kənara çıxırsa, onunla bağlı tədbir görülməlidir”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Tahir Rzayev deyib.

O, Şuranın üzvü, sabiq deputat Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosuna görə partiyadan çıxarıla biləcəyini istisna etməyib:

“Bu məsələ təsdiqini taparsa, nə isə demək olar. Hesab edirəm ki, partiyamızın hər bir üzvü öz hərəkətlərinə, danışığına sədd qoymalıdır. Hər şey ölçüb-biçilməlidir. Mən də partiyanın nüfuzuna, nizamnaməsinə uyğun olmayan hərəkət edən hər bir üzvün çıxarılmasının tərəfdarıyam”.

Tahir Rzayev Hüseynbala Mirələmovla bağlı məsələnin Veteranlar Şurasında müzakirə edilə biləcəyini də söyləyib:

“Partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurasının sədri və digər rəhbərlərin fikrindən sonra bu məsələ kollegial qaydada müzakirə oluna bilər. Yaxud İdarə Heyətində və rayon təşkilatında müzakirə də aparıla bilər. Hüseynbala Mirələmov həm də Xətai rayon təşkilatının sədridir. Qaydaya görə, onun partiya üzvlüyündən çıxarılması təşkilat tərəfindən irəli sürülə bilər”.

Xəbər 2333 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +