Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


11.03.2020  10:21 

Lider TV-də nə baş verir? - Rəsmi açıqlama





A+  A-

“Lider TV-də yayımın dayanmasına səbəb daxili texniki problemdir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev telekanalın yayımının dayandırılması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, problem həll onunan zaman kanal efir fəaliyyətinə davam edəcək:

“Telekanalda yayım axşam saat 10-da dayanıb. Dəqiqləşdirdik, məlumat verildi ki, televiziyanın özünün texniki problemidir. Bu gün də əlaqə saxladıq, problem həll olunmayıb. Kanal özü də bu haqda məlumat yayacaq. Hələlik problem aradan qaldırılmayıb, həll olunan kimi kanal yayımını davam etdirəcək”.

Aparat rəhbəri kanalın "Azerspace-1"ə borcunun olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

"Bizə deyilib ki, daxili texniki problemdir. Bu, doğru məlumat deyil”.

Qeyd edək ki, dünən saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərir, kanalın rəhbəri Ədalət Əliyevdir. Uzun müddətdir telekanalda ciddi maliyyə problemlərinin olması ilə bağlı mediada məlumatlar yayılırdı.

Xəbər 1768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +