Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


18.11.2018  10:14 

“Ölkəmizi tanıyaq” aksiyasının yolasalma mərasimi oldu - Fotolar





A+  A-

17 noyabr tarixində Füzuli RİHB aparatının akt zalında “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının yola salınmasına həsr olunmuş görüş keçirilib. Görüşdə Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
XəzərNews.az-ın məlumatına görə, tədbirdə iştirak edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin bugünkü dinamik inkişafının, sosial-iqtisadi gücünün gündən-günə artmasının Prezident İlham Əliyevin qətiyyət və iradəsinin nəticəsi olduğunu bildirib. O, dövlət başçısının rəhbərliyi ilə rayonda tikilən obyektlər, çəkilən yollar, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun təminatı istiqamətində atılan mühüm addımlar haqqında görüş iştirakçılarına geniş məlumat verib. Alı Alıyev qaçqınların və məcburi köçkünlərin, şəhid ailələrinin, əhalinin aztəminatlı təbəqəsinin bütün problemlərinin daim ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu bildirib. Rayon rəhbəri Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində inşa olunan 6 mühüm layihənin məhz Heydər Əliyev Fondunun maliyyə dəstəyi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirdiyini diqqətə çatdırıb. Alı Alıyev “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkilini gənc nəslin təlim-tərbiyəsinin düzgün qurulmasına, vətənpərvərlik ideyalarının təbliğinə yönəlmiş xüsusi bir dövlət qayğısı olaraq izah edib.

Daha sonra tur-aksiyalar barədə geniş məlumat verən rayon rəhbəri keçirilən tur-aksiyalarda Füzuli rayonundan 240 nəfərin iştirak etdiyini diqqətə çatdırıb.

Çıxış edən müəllimlər, valideynlər və şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkili və rayonumuza göstərdiyi diqqətə, qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına “Cəbhə bölgəsində yerləşən Horadiz bu gün” adlı videoçarx nümayiş etdirilib.

Bu görüşün davamı olaraq 18 noyabr tarixində Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilib.









Xəbər 1512 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +