Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


21.09.2018  11:17 

Dəhşətli qəzada həlak olan 4 nəfərin adı məlum oldu





A+  A-

Bakıda Nobel prospektində baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi müəyyən edilib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olanlar - sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğludur.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş verməsinə səbəb yüksək sürət göstərilsə də, araşdırmalar davam edir.

Xatırladaq ki, sentyabrın 20-də "Hyundai" markalı avtomobil Xətai rayonu, Nobel prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq Əbilov küçəsi, 17 ünvanında elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobil hissələrə bölünüb və içərisində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Xəbər 1956 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +