Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


03.12.2018  15:23 

“OBA” yerli sahibkarlara dəstəyi artırır





A+  A-

Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 40-a qədər istehsalçı və fermer bir araya toplanıb. OBA marketlər şəbəkəsinin təşkilatçılığı ilə həyata keçirilən görüşün məqsədi şəbəkənin yerli sahibkarlığa verdiyi dəstəyi daha da artırmaq, istehsalçıları satışa yox sırf keyfiyyətli məhsul istehsalına yönləndirmək, yeni fəaliyyətə başlayan sahibkarların məhsullarının topdan alınması istiqamətində müzakirələr aparmaq olub.
OBA marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Departamentindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə yerli sahibkarların istehsal potensialı, istehsal olunan məhsulun istehsal müəssisələrindən alınaraq birbaşa marketlərə çatdırılması, keyfiyyətə daimi nəzarət, keyfiyyətli xammal tədarükündə məsləhətlər, istehlakçıların tələb və davranışları və digər məsələlər müzakirə olunub. Eyni zamanda xammal tədarükündə birgə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.
Qeyd edə ki, OBA Azərbaycanın əksər bölgələrini tam əhatə etmiş yeganə şəbəkə marketdir. Bu da sahibkarlar tərəfindən istehsal olunan məhsulların qısa zamanda ölkəmizin bütün bölgələrinə çatdırılmasını təmin edir. İstehsalçılar əlavə xərclərdən azad olduğu üçün risksiz böyümə imkanı qazanırlar.
Görüş zamanı sahibkarlar OBA marketdən gözləntilərini, yeni istehsal sahələrinin yaradılması istiqamətində gələcəkdə atılacaq addımlar və bu addımların dəstəklənməsi, ölkə iqtisadiyyatına veriləcək töhfələr və s. barədə fikirlərini bildiriblər.
Məlumat üçün bildirək ki, OBA marketlər şəbəkəsi hal-hazırda 200-dən çox yerli istehsal müəssisəsi və fermerlə əməkdaşlıq edir. Tədbirin sonunda iştirakçılara OBA marketlərlə davamlı əməkdaşlığa və verilən töhfələrə görə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.






Xəbər 1712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +