Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


13.05.2022  15:13 

Afət Fərmanqızı axtarışa verildi





A+  A-

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

XəzərNews.az xəbər verir ki, o, uzun müddətdir cavabdeh olduğu məhkəmə prosesinə gəlmədiyi barəsində müvafiq qərar çıxarılıb. Belə ki, bu gün Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı növbəti iclas keçirilib. F.Kərimovanın vəkili Xavər Məmmədova Afət Fərmanqızının məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatət verib. A.Fərmanqızı bir neçə prosesdir məhkəməyə gəlmədiyi üçün vəsatət təmin olunub və onun barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.

Müğənni məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Xəbər 1573 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +