Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


11.05.2022  21:15 

“Polisin işgəncəsinə dözməyib təslim oldum“ - Məhkəmə





A+  A-

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ifadəsini davam etdirib.

Cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından söz açan İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovdan danışıb.

O, həbs olunduqdan sonra Şirzad Əsgərov və Şahlar Cəfərovun ona təzyiq edərək, cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib:

"Həm rəis, həm rəis müavini mənə-hədə qorxu gəlirdi. Şahlar Cəfərov deyirdi ki, boynuna alsan da, almasan da, səni tutduracağıq. Məni atamla təhdid edirdilər, cinayəti üzərimə götürməyəcəyim halda onu da gətirib işgəncə verəcəklərini deyirdilər. Sonda işgəncəyə tab gətirə bilməyib təslim oldum".

O, həmçinin, Bakıya istintaq təcridxanasına gətirilən zaman onu müşayiət edən konvoylara rəis müavini Şahlar Cəfərovun rəhbərlik etdiyini və yol boyu da onu təhqir etdiyini bildirib.

İlkin Süleymanov hadisədən tamamilə xəbərsiz olduğunu və cinayəti törətmədiyini bir daha məhkəmənin diqqətinə çatdırıb.

Proses mayın 18-də davam etdiriləcək.

Xəbər 1669 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +