Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


04.12.2024  18:29 

Türkiyədə Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək





A+  A-

Dekabrın 13-14-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək

Xəzərnews.az xəbər verir ki, Sammitdə “Ünsiyyətdə süni intellekt: trendlər, tələlər və transformasiya” mövzusunda müzakirələr aparılacaq.

Tədbirin məqsədi rabitə sahəsində süni intellektin yaratdığı ciddi dəyişiklikləri müzakirə etmək üçün bu sahədə aparıcı ekspertləri bir araya gətirməkdir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun sammitdə açılış nitqi ilə çıxış edəcəklər.

Sammitdə dünyanın müxtəlif ölkələrindən strateji kommunikasiya liderləri iştirak edəcək, həmçinin Birləşmiş Millətlər Təşkilatının Qlobal Kommunikasiyalar üzrə Baş Katibliyinin müşaviri Melissa Fleminqin videomüraciəti oxunacaq.

İsmayıl
XəzərNews.az


Xəbər 4272 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +