Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.12.2020  20:17 

Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türk hərbçilər Azərbaycana gəldi





A+  A-

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Qarabağda atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri də Azərbaycana gəlib.
XəzərNews.az NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdə Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Həm rus qoşunlarının quru patrullarından alınan məlumatlar, həm də pilotsuz uçuş aparatları vasitəsi ilə bölgədəki son vəziyyətə dair məlumatlar ümumi mərkəzdə araşdırılacaq.

Bölgədəki yoxlamalardan əlavə, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.

Qeyd edək ki, ilkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Gələcəkdə isə Mərkəzdəki Türkiyə hərbçilərinin sayı 60 nəfər olacaq.

Xəbər 2846 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +