Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


08.03.2022  21:58 

Rusiya neftindən imtina qərarı: Nə baş verəcək?





A+  A-

Bu saatlarda ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukrayna müharibəsi sanksiyalarının bir hissəsi olaraq Rusiyadan bütün enerji, neft və qaz idxalını qadağan etdiyini açıqlayıb.

Rusiya güvənə bildiyi əsas 2 güclü silahının olduğunu düşünür: neft-qaz resursu və nüvə silahı.

Bu qərarla kollektiv Qərb Rusiyanın özünü güclü hesab etdiyi yerindən zərbə endirir. Rusiya iqtisadiyyatında neft faktorunun önəmi nədən ibarətdir sualına cavab tapmadan təsirləri nəticələrini təhlil etmək doğru olmaz.

Ötən il Rusiyanın dövlət büdcəsinin gəlirlərinin (300 mlrd.) 40 faizini neft-qaz gəlirlərindən formalaşıb.

Bununla yanaşı Avropanın Rusiyadan təbii qazın idxalında xüsusi çəkisi 40% civarındadır.

Ümumilikdə dünyada boru xətləri ilə ixracın 24%-i Rusiya tərəfindən təchiz edilir.

Rusiyanın dünya neft bazarında gündəlik neft hasilatı isə 5% səviyyəsindədir. Əvvəllər bu rəqəm 10% səviyyəsində olub. Bütün bunlara baxmayaraq Rusiyanın enerji bazarında onu əvəz edəcək digər enerji oyunçuları Qətər, Türkmənistan, ABŞ, Səudiyyə Ərəbistanı bu məsələdə əsas enerji təminatçısı kimi çıxış edəcəklər.

Yeni strategiya bundan ibarətdir. Digər tərəfdən isə OPEK+ ölkələrinin də dünya neft bazarında Rusiyanın 5%-lik payını təmin edə biləcək rezervlərdə mövcuddur.

Hətta bundan əlavə olaraq Venesuela, İraq, Liviya nefti də əlavə edilsə, o zaman dünyanın neft təminatı üçün heç bir ciddi narahatlıqlar yaranmır.

Dünyanın gündəlik neft hasilatında 5 faizlik boşluğu doldurmaq mümkündür, amma Rusiyanın dünya təsərrüfatı sisteminin şərtlərindən kənarda mövcudluğu mümkün deyil.

Ağıllı dövlət adamları bu reallıqla üz-üzə qalmadan da gerçəkliklərini isə dərk edib dünya ilə yola gedir, ağılsızlar isə başları dünyanın "divarına" vuraraq qarşıdurma yolu tuturlar.

Məhəmməd Talıblı

Xəbər 1419 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +