Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


06.10.2020  12:54 

“Konqresdə 1165 saylı qətnamənin qəbuluna mane olmalıyıq”





A+  A-

ABŞ-da yaşayan soydaşlarımız bütün vasitələrdən istifadə edib 1165 saylı qətnamənin qəbuluna mane olmalıdırlar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev deyib.

“Təmas xətti boyunca gedən döyüşlərdə Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları, 30 ilə yaxındır ki, düşmən tapdağı altında qalan torpaqlarmızın işğaldan azad edilməsi, bütün ermənilərin və onlara havadarlıq edən dairələrin yuxusunu ərşə çəkib. Azərbaycan ordusunu dayandırmaq məqsədi ilə başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla bütün rəhbər şəxslər öz səviyyələrində müxtəlif ölkələrin prezidentlərinə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edirlər. Bu işdə xaricdə yaşayan erməni lobbisi xüsusi fəallıq nümayiş etdirir. Verilən məlumata görə, ABŞ- da yaşayan erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnamə təqdim etməyi planlaşdırır. Qətnamənin həmmüəlliflərindən olan Jackie Speier məsələni Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün 46 Palata üzvünün dəstək imzasını alıb”,-deyə Birliyin sədri vurğulayıb.

Tural Gəncəliyev bildirir ki, torpaqlarımızın işğaldan azad edildiyi bir dönəmdə düşmənin bütün hərəkətlərinə hazır olmalıyıq:

“Erməni lobbisinin təşəbbüsü ilə Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə çıxarmağı planlaşdırdığı 1165 saylı qətnamənin müəllifləri erməni qrupunun həmsədrləri Jackie Speier və Frank Pallonedir. Bu şəxslər uzun illərdi ki, ABŞ-da hakimiyyət dairələrində Ermənistanın maraqlarını qoruyurlar. Onların hər ikisi həm də erməni genosid aktının sponsorlarıdırlar. Bildiyimiz kimi, ABŞ-da seçkilər dövrü yaxınlaşır. Belə bir məqamda qətnamə müəllifləri erməni seçicilərin səslərini qazanmaq üçün fəallıq göstərirlər”.

Deputat qeyd edib ki, sözügedən qətnamənin qəbulunun dayandırılması üçün ABŞ-da yaşayan soydaşlarımız bütün imkanlardan istifadə etməlidirlər:

“Təxmini hesablamalara görə ABŞ da 40 min nəfər soydaşımız yaşayır. Hesab edirəm ki, soydaşlarımız yaşadıqları ərazidə yerli ştat və federal səviyyədə onları təmsil edən Nümayəndələr Palatasının üzvlərinə hazırki durumla bağlı məlumatlar çatdırmalı, onlara məktublar ünvanlamalı, müxtəlif vasitələrlə onlarla əlaqə yaradıb 1165 saylı qətnamənin qəbulunun dayandırılmasına çalışmalıdırlar. Soydaşlarımız ABŞ-da məşhur olan tvitter sosial şəbəkəsində də aktivlik nümayiş etdirməlidirlər. Bu gün ermənilərin bizə qarşı mübarizə apardığı hər bir sahə cəbhə xəttdidir və biz bütün sahələr üzrə düşmənə zərbələr vurmalıyıq”.

Xəbər 2504 dəfə oxunub.




14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +