Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


10.09.2020  13:58 

Türkiyədə vəziyyət pisləşir - Malatyada 15 gün küçəyə çıxmamaq tövsiyə edildi





A+  A-

Türkiyənin bir neçə vilayətində yoluxma sayında kəskin artım müşahidə olunur.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van və Malatya vilayətlərində yoluxma sayında müşahidə olunan kəskin artım ciddi narahatlığa səbəb olub. Vanda son 1 ayda yoluxma sayının iki dəfə artmasından sonra Səhiyyə naziri Fəxrəddin Qoca vilayətə səfər edib.

“Ölkədə mart ayından başlayan epidemiyanın yayılmasında təkrar artım yaşanır, bu gün yeni qərarlar açıqlanacaq”,- deyə F. Qoca qeyd edib.

Eyni zamanda Malatya vilayətində də koronavirusla bağlı vəziyyətin kritikləşməsi ilə Malatya valisi Aydın Baruş və Böyükşəhər Bələdiyyə başçısı Səlahəddin Gürkan vətəndaşlara SMS müraciət göndərib. SMS-lərdə vətəndaşlardan ehtiyac olmadığı təqdirdə 15 gün küçələrə çıxmamaları istənilib.

“Əziz həmvətənlər, sağlamlığınız bizim üçün çox vacibdir. Xahiş edirik, özünüzün, ailənizin və cəmiyyətimizin sağlamlığı üçün məcburiyyət olmadığı təqdirdə 15 günə çölə çıxmayın”,- deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, Türkiyədə ölkə üzrə ümumilikdə 284 943 insan koronavirusa yoluxub, onlardan 6 837 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 1678 dəfə oxunub.




14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +