Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


06.08.2019  13:29 

Külək damları uçurdu, maşınları zədələdi - Ziyanı kim ödəyəcək?





A+  A-

Xəbər verdiyimiz kimi, dünən baş verən güclü külək bir neçə mənzilin dam örtüyünü uçurub, 10-a yaxın avtomobilin üzərinə isə ağac və ya budaqları aşdığı üçün zərər dəyib.
Bəs bu kimi təbiət hadisələri zamanı vətəndaşa dəymiş zərər hansı qurum tərəfindən ödənilməlidir?

XəzərNews.az-ın məlumatına görə, sığorta eksperti, vəkil Tural Şükürov “Qafqazinfo”ya bildirib ki, əgər qasırğa, tufan, fırtına, dolu kimi təbiət hadisəsi baş verərsə, mənzillərə dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilməlidir. Yox əgər mənzil sığortalanmayıbsa, qarşısıalınmaz qüvvə tərəfindən yaranmış proseslərdə ödənişi yalnız dövlət edə bilər:

“Hazırda bizdə hökumətin tərkibində fövqəladə komissiya var. Komissiya fəlakət zamanı hadisələri dəyərləndirir və büdcədən müəyyən vəsait ayrılır. Ancaq bu, dövlətin öhdəliyi deyil. Sadəcə siyasətinin nəticəsidir.

Dövlət bu kimi hallar üçün sığorta mexanizmləri yaradıb. İcbari sığortalar haqqında qanun qəbul olunub. Adından da göründüyü kimi, dövlət vətəndaşları məcbur edir ki, sığorta olunsun və bu kimi hallarda sığorta şirkətləri dəymiş zərəri qarşılasın. Amma burada bir problem var ki, sığorta şirkətləri icbari sığortanı öz mexanizmi hesab edirlər. Belə ki, şirkətlər qəzalı və qeyri-qanuni tikili olmamaq şərti ilə müraciət etmiş vətəndaşların mənzillərini sığortalamaqdan imtina edə bilməz. Faktiki olaraq, bu gün imtina edirlər. Qanunlar var, ancaq mexanizm tam olaraq işləmir.

Kasko sığortası olan nəqliyyat vasitələrinin sahibləri təbii fəlakət nəticəsində dəymiş zərərin qarşılığını sığorta şirkətindən almalıdır. Ancaq əfsuslar olsun ki, ölkədə ümumi nəqliyyat vasitələrinin heç 10%-i kasko sığortalı deyil. Nəqliyyatın icbari sığortası da onlara bu kimi hadisələrlə bağlı təminat vermir”.

Xəbər 2240 dəfə oxunub.




14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +