Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


24.11.2018  10:08 

11 mərtəbəni hər gün piyada çıxırlar





A+  A-

Sumqayıt şəhərinin mərkəzində 11 mərtəbəli binanın 12 ildir problemləri həll olunmur. Tikintini həyata keçirən şirkət və rəsmi qurumlar bu məsələyə laqeyd yanaşır.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən bina sakini Rüstəm Sultanov bildirib ki, şəhərin Heydər Əliyev prospekti, 19-cu məhəllə, 26 ünvanında yerləşən binada hələ də lift və qaz yoxdur: “Su isə ancaq gecələr damcı-damcı verilir. Bina çöldən gözəl görünsə də, üstü bəzək, içi təzəkdir. Lift üçün nəzərdə tutulan şaxtanın qapısı olmadığı üçün uşaqlar hər an ora düşə bilər, həyatını itirə bilər.

Binada 80 faiz yaşayış var, amma heç blokun qapısı yoxdur. Yaşlı insanlar hər gün 11 mərtəbəni piyada çıxmağa məcbur olur. Burada 100-ə yaxın ailə yaşayır”. R.Sultanov əlavə edib ki, bina “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov tərəfindən inşa olunub və tam təhvil verilməyib. “Xəzər” SC-nin internet protallarında qeyd olunan xidməti nömrəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xəbər 1611 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +