Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


11.04.2025  08:31 

“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

XəzərNews.az xəbər verir ki, qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova “Günə son” verilişinə açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib.

Onun sözlərinə görə, proqram vasitəsilə taksi sifariş edib. A. Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb:

“Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və ayağını da qaza basdı. Hələ çox getməmişdik, körpüyə çatanda bir də gördüm ki, uçuram”.


Xəbər 3056 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +