Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.12.2023  17:35 

Paşinyan Abdullahianla sülh müqaviləsini müzakirə etdi





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-İran əməkdaşlığının gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. O cümlədən, ikitərəfli ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələlərinə, infrastruktur və digər sahələrdə həyata keçirilən və yaxın gələcəkdə planlaşdırılan layihələrə toxunulub.

Tərəflər həmçinin regional əhəmiyyətli mövzular, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi prosesi, suverenlik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional nəqliyyat-kommunikasiya məsələləri müzakirə ediblər.

Xəbər 1938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +