İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


20.10.2022  17:36 

Su filtrlərini alarkən diqqətli olun - Xəbərdarlıq





A+  A-

Dövlət Xidməti istehlakçılara səyyar qaydada satılan su filtrlərini alarkən diqqətli olmağı tövsiyə edir.

XəzərNews.az xəbər verir ki, istehlakçılar məhsulu istənilən satış nöqtəsindən, ticarət obyektindən və ya səyyar qaydada əldə edə bilərlər. Səyyar qaydada adətən, istehlakçılara konkret məhsul təklif edilir ki, belə olan halda, istehlakçının müqayisəli şəkildə uyğun qiymətə və uyğun keyfiyyətdə məhsulu əldə etmək imkanı məhdudlaşır.

AİBNDX istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir.

Məlumat üçün bildirək ki, 2021-ci ildə su filtrlərinin satışını həyata keçirən şirkətlərlə bağlı Dövlət Xidmətinə 1 istehlakçı müraciəti daxil olduğu halda, bu ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə 35 müraciət qeydə alınıb və həlli üçün müvafiq tədbirlər görülüb.



Xəbər 1115 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +