Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


06.09.2021  17:15 

Türkiyədə koronavirusla bağlı yeni qaydalar qüvvəyə mindi





A+  A-

Türkiyədə bu gündən etibarən koronavirusla bağlı yeni qaydalar qüvvəyə minib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “A Haber” yayıb. Bildirilir ki, sentyabrın 6-dan etibarən koronavirusa qarşı peyvənd olunmayanlardan bir çox sahələrdə PCR test tələb olunmağa başlayıb.

Belə ki, peyvənd olunmayan şəxslər konsert, kinoteatr və teatr kimi vətəndaşların kütləvi olduğu məkanlara daxil olmaq üçün 48 saat ərzində edilmiş PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Əgər bir vətəndaş əvvəllər koronavirusa yoluxmayıbsa, peyvənd olunmayıbsa və neqativ PCR testi yoxdursa, sözügedən tədbirlərə buraxılmayacaq.

Bununla yanaşı, şəhərlərarası səyahətlər təyyarə, avtobus, qatar və digər ictimai nəqliyyatdan istifadə etmək istəyən peyvənd olunmayan şəxslərdən də neqativ PCR test tələb olunacaq.

Xəbər 2335 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +