Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


27.05.2021  16:09 

Sedat Pekerin həbsi barədə qərar verildi





A+  A-

Son günlər Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmdə olan mafiya rəhbəri Sedat Peker barədə həbs qərarı verilib.
XəzərNews.az “Hürriyət”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun tələbi ilə verilib.

“Sedat Pekerə qarşı davam edən istintaq çərçivəsində Baş Prokurorluğumuzun tələbi ilə Ankara 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs qərarı verilib”, -deyə prokurorluğun açıqlamasında vurğulanıb.

Bu məqamda bildirək ki, daha öncə Türkiyə KİV orqanlarında 49 yaşlı Pekerin ölkədən qaçdıqdan sonra müxtəlif vaxtlarda Kosova, Makedoniya və Mərakeşdə yaşadığı barədə məlumatlar yayılıb. Hazırda isə kriminal avtoritetin BƏƏ-də məskunlaşdığı iddia olunur.

Qeyd edək ki, Sedat Pekerin yayımladığı videomüraciətlərdə türkiyəli millət vəkiləri, keçmiş nazirlər və digər rəsmi şəxslər haqqında səsləndirdiyi qalmaqallı iddialar Türkiyədə geniş müzakirələrə səbəb olub. Hətta ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan Süleyman Soylu ilə bağlı məsələyə münasibət bildirərək DİN rəhbərini hədəf alan hücumların arxasında Türkiyədəki əmin-amanlıqdan narahat olan və ölkəni qarışdırmaq istəyənlərin durduğunu qeyd edib.

Xəbər 1429 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +