Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


30.11.2023  21:06 

Sahibə Qafarova Almaniyaya rəsmi səfərə gedib





A+  A-

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniyaya rəsmi səfərə gedib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərcivəsində S.Qafarova paytaxt Berlində yerləşən “Gallery Berlin”də təşkil olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı fotosərgi ilə tanış olub.

Azərbaycan parlamentinin spikeri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışıb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsası ulu öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə reallaşdırılan irimiqyaslı layihələri diqqətə çatdırıb.

Tədbirdə həmçinin, “Heydər Əliyev ili” çərçivəsində Milli Məclis tərəfindən təşkil olunan tədbirlər barədə də məlumat verilib.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri - Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar. Sərginin ziyarətçilərdə böyük marağa səbəb olduğu vurğulanıb.

Xəbər 3859 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +