72 klinikada nöqsanlar aşkarlandı
Ukrayna Rusiyanın neft zavoduna hücum edib
Ruslar Zaporojyada üç kəndi ələ keçirdi
Ərdoğan: “Rəbbim şəhidlərimizə rəhmət eləsin”
Dumanlı hava şəraiti 3 gün davam edəcək
Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı


11.08.2023  15:53 

Yaxın Şərqə dair böyük saziş... - Bizə nə vəd edir?





A+  A-

ABŞ və Səudiyyə KİV-ləri ABŞ prezidentinin müşaviri Cek Sallivanla Səudiyyə Ərəbsitanın Krallığının baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman arasında Yaxın Şərqdə münaqişələri bitirəcək böyük saziş üzərində müzakirələr aparıb.

Sazişin şərtlərinə əsasən:

İsrail fələstinlilərə güzəştə gedərək iki dövlətli həll imkanını qəbul edəcək;
Səudiyyə İsraili rəsmən tanıyacaq;

Səudiyyə ABŞ-ın NATO- dan kənar ən yaxın müttəfiqi statusu alacaq;

İranın raket hücumlarından müdafiə üçün ən müasir amerikan silahları, o cümlədən Yüksək Hündürlükdən Terminal Müdafiə (THAAD) sistemi kimi daha təkmil silahlarla təchiz ediləcək və s.

Bu xəbərdən cəmi iki gün əvvəl isə İRNA hazırıkı 13-cü hökumətin ( Rəisi hökumətinin) xarici siyasətdəki böyük uğurlarından, Səudiyyə ilə birgə ABŞ –a qarşı koalisiya qurulması perspektivindən bəhs edən təhlil yaymışdı. Görünür, Tehranda ya diplomatik korafəhmlik dibə vurur, ya arzularını reallıq kimi qələmə verməyə çalışırlar.

Səudiyyə Ərəbistanı son bir ay ərzində Ukrayna ilə bağlı beynəlxalq konfransın, eləcə də Körfəz Ölkələri Əməkdaşlıq Şurası ilə Orta Asiya dövlətlərinin əlaqələrini inkişaf etdirmək üçün zirvə görüşünün təşəbbüsçüsü olub.

Belə diplomatik fəallıq bizə nə vəd edir?

Səudiyyə mediası hələlik ekspertlər səviyyəsində Ər-Riyadın Azərbaycan və Ermənistan arasında sülh sazişini imzalanmasında vasitəçi ola bilməsi haqda ehtimalları müzakirə etməyə başlayıb.

Cəmaləddin Quliyev
Siyasi şərhçi



Xəbər 2495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +