Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


18.04.2023  02:52 

XARİCƏ AXININ MİQYASI SİZİ NARAHAT ETMİR?





A+  A-

Sizə bəlkə zarafat gəlir, ancaq deyim ki, gənc və orta nəsil arasında böyük axın başlayıb ölkəmizdən xaricə. Və Sizi inandırım ki, HÖKUMƏTİN TÜKÜ TƏRPƏNMİR! Bir balaca fürsət tapan dabanına tüpürür.

O gün bir dost turizm şirkətində idim, masanın üstündə xaricə işə düzəlməkdən ötrü müraciət eləmiş vətəndaşların, içərisində xarici pasportlar olan anket sayından havalandım.

Soruşdum bu nədir, dedilər ölkədən kənara işləməyə hazırlaşan adamların sənədləri. Ərinmədim, bununla bağlı bir neçə gün ərzində bekara araşdırma apardım samballı "Travel" firmaları, "xaricdə iş düzəltmək" xidməti göstərən şirkətlərlə və nəticələrindən çox narahatam.

Miqyas qorxuludur.

Yarıtmaz, işbilməz, vizyonsuz, etimadını çoxdan itirmiş hökumət bu ölkəni nə hallara salıb, təsəvvür belə etmirsiz. Gənc adamlarında sabaha zərrə boyda ümid buraxmayan, azad təşəbbüskarlığa qənim kəsilən, inkişaf edib özünə gün ağlaması üçün ölkə insanına pulun ucunu belə göstərməyən idarəetmə sistemi bu gözəlik respublikamızı hara, hansı qara dəliyə aparır, bəlli deyil.

Siz nə etmək istəyirsiniz?

Bu ölkəni niyə boşaldırsınız?

Nədir sancınız?

Vallah, hər şeyi qoyuram e bir yana, bir içi yanan vətəndaş olaraq çox narahatam bu gedişatdan.

Siz narahat deyilsiz?!..

Mirzə Rəşad Bakuvi

Xəbər 2807 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +