Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


30.08.2021  19:27 

Vəzifəli şəxs barədə cinayət işi başlanılıb





A+  A-

Karantin rejiminin pozulması barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
XəzərNews.az xəbər verir ki, bu haqda Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Bayramov Şahid Şahin oğlu vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

Xəbər 4506 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +