İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO
Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi


25.02.2021  20:18 

Ermənistanda etirazçılar parlamentə girişi bağlayır





A+  A-

Ermənistanın müxalif qüvvələri parlamentə girişi bağlayır.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Baqramyan prospektindəki mitinq zamanı “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyan deyib. O bildirib ki, səbr etmək və bütün gecəni parlamentin qarşısında keçirməyə hazır olmaq lazımdır:

“Biz bu küçəni bağlayırıq. İmpiçmenti həyata keçirmək üçün Milli Məclisin deputatlarını buraya gətirməliyik. Bu, tarixi bir andır və ermənilər bu anı güzəştə gedərlərsə, vətənlərini itirəcəklər”.

Hərəkatın koordinatoru İşxan Saqatelyan etirazçıları Dəmirçiyan küçəsi tərəfdən parlamentin girişini zibil qabları ilə bağlamağa, barrikadalar qurmağa çağırıb. O, çadırların qurulacağını və bütün lazımi xidmətlərin yaradılacağını da bildirib:

"Hamımız burada qalırıq. Deputatlar ya özləri gəlməlidir, ya da onları gətirdəcəyik”.

Qeyd edək ki, bu gün Ermənistanda siyasi vəziyyət kəskinləşib. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilməyə başlanılıb. Paşinyan isə bunu dövlət çevrilişinə cəhd adlandıraraq tərəfdarlarını Respublika meydanına çağırıb.

Xəbər 3647 dəfə oxunub.



12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +