Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


02.02.2021  13:28 

Paşinyan Rusiyadakı səfiri dəyişməyi planlaşdırır





A+  A-

Ermənistan səfirlərinin siyasi təyinatları ABŞ və Ukraynadakı diplomatik nümayəndəliklərin rəhbərlərini Lilit Makunts və Vladimir Karapetyanla əvəzləməklə məhdudlaşmayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

“Düzdür, Makuntsa gəlincə, həm diplomatik, həm siyasi dairələr, həm də ABŞ-dakı erməni lobbi təşkilatları onun namizədliyinin əleyhinə çıxış etdilər və bu məsələnin necə həll ediləcəyi hələ bəlli deyil. Lakin Nikol Paşinyan “cib” kadrlarının təyin edilməsi prosesini davam etdirmək niyyətindədir”, - deyə nəşr yazır.

Qəzetin məlumatına görə, kadr dəyişikliyi prosesində növbədə Ermənistanın Rusiyadakı səfiri dayanır. Nəşrin mənbələrində kimin təyin ediləcəyi dəqiq göstərilməyib, lakin Paşinyanın Ermənistan səfirini siyasi fiqurla əvəzləməkdə qərarlı olduğu iddia edilir.

Ermənistan mətbuatında keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin oluna biləcəyi barədə məlumatlar yayılıb.

Ermənistan Xarici İşlər Nazirliyi isə səfirlərin təyin edilməsi və ya geri çağırılması ilə bağlı müvafiq prezident sərəncamı olmayana qədər bu məlumatları şərh etmədiklərini bildirib.



Xəbər 3675 dəfə oxunub.



12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +