Rektor Varşava Universitetində çıxış edəcək
72 klinikada nöqsanlar aşkarlandı
Ukrayna Rusiyanın neft zavoduna hücum edib
Ruslar Zaporojyada üç kəndi ələ keçirdi
Ərdoğan: “Rəbbim şəhidlərimizə rəhmət eləsin”
Dumanlı hava şəraiti 3 gün davam edəcək
Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib


02.02.2021  11:46 

Röya da suyun qiymətinin bahalaşmasını tənqid etdi





A+  A-

“Hamını da təbrik edirəm, suyun da qiymətini qaldırdılar. Arada ancaq çay filan içərik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “10-da görüşək” proqramında Tarif Şurasının qalmaqallı qərarından danışarkən deyib:

“Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər -qiymət artımları bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)”.

Bundan əlavə, sənətçi pandemiya dövründə yaranmış problemlərdən də söz açıb: “Ümumiyyətlə işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər. Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar onsuz evdə idilər. Arada uşaqla həyətə düşürdülər, onu da qadağan etdilər. Yalnız itlə bayıra çıxmağa icazə verdilər”.

R. Ayxan oğlu Hüseynin distant təhsildən heç nə qazanmadığını dilə gətirib:

“Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə- belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinifi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt olmadı”.

Müğənni bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın ondan küsülü olmadığı ilə bağlı fikrinə də münasibət bildirib: “Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb. Ya yaxşısan, ya pissən. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməklik göstərər. Mən də həmçinin”.



Xəbər 4037 dəfə oxunub.




12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +