Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


20.02.2020  10:16 

Fransa polisi Elşad Abdullayevlə bağlı hərəkətə keçdi





A+  A-

2013-cü ildə Fransada siyasi mühacir statusu almış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN)) tərəfindən təhqiqat başlayıb.
XəzərNews.az Turan-a istinadən xəbər verir ki, S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında nəşrlərdən sonra açılıb, xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev verib.

Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, [email protected] ünvanına məlumat vermələrini xahiş edir.

Elşad Abdullayev özü Azərbaycan Baş Prokurorluğunun ona qarşı irəli sürdüyü insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini aşma ittihamlarını rədd edir.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatında donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına qədərki dövrdən gedir.

Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib.

Xəbər 3203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +