Ruslar Zaporojyada üç kəndi ələ keçirdi
Ərdoğan: “Rəbbim şəhidlərimizə rəhmət eləsin”
Dumanlı hava şəraiti 3 gün davam edəcək
Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var


12.11.2019  14:08 

“Qeyri-şəffaf amillər aradan qaldırılmalıdır”





A+  A-

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə bu gün keçirilən büdcə müzakirələrində çıxış edib.
XəzərNews.az xəbər verir ki, M. Cabbarov çıxışında qeyd edib ki, turizm sektorunda bu ilin 9 ayında turistlərin sayı 2,4 milyon nəfəri ötüb: “Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6 faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılıb. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub.

Görülən işlər nəticəsində son illər dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfer olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

İqtisadiyyat nazir bildirib ki, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var: “Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır.

Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasiya çətin olacaq.

Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilmələrinin qarşısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidir. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir, bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsil əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsanın kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək”.

M. Cabbarov qeyd edib ki, bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, biznesin maliyyə vəsaitlərinə çıxış etdirilməsi əhəmiyyətlidir: “Prezident tərəfindən uğurla həyata keçirilən siyasətlər, iqtisadiyyatın dayanıqlığının qorunub saxlanılması üçün görülən tədbilər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq”.

Xəbər 3567 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +