Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


17.12.2018  17:42 

Daha bir liseydən ŞİKAYƏT





A+  A-

“İkinci sinifdə oxuyan qızımın üstünə ağır paltar şkafı aşıb, o vəziyyətdə dərsdə oturdublar”.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri övladı AAAF Parkda yerləşən “Zirvə” liseyində təhsil alan Səbinə Qasımova redaksiyamıza şikayətində deyib. O bildirib ki, hadisə ötən həftə baş verib:

“Özəl liseydir, hər şagird illik 3 min manat pul ödəyir. Ancaq bunların sinfə normal paltar şkafı almağa imkanları yoxdur. Sinfə ayağı sınıq paltar dolabı qoyulub. Qızım üst geyimini götürəndə ağır şkaf üstünə aşıb. İki nəfər zorla qaldırıb. Mənə xəbər vermədən qızımı guya müayinə edib dərsdə oturdublar. Axşam ağrıları artdı. Direktor Xəzər Babayevə deyirəm, deyir, yəqin evdə yıxılıb”.

Valideynin sözlərinə görə, şikayətə cavab olaraq direktor uşağın sənədlərini ailəyə verərək başqa məktəb tapmağı tövsiyə edib:

“Heç üzr belə istəmədilər. Deyir ki, Təhsil Nazirliyinə tabe deyil, necə istəsə elə davrana bilər”.

Liseyin direktor müavini Şövqiyyə Məlikova açıqlamasında hadisənin şişirdildiyini və şagirdin başqa məqsədlə liseydən çıxarıldığını bildirib:

“Uşağın üstünə şkaf aşmayıb, sadəcə yerindən tərpənib, müəllim tutub. Valideynin narazılığı isə övladının bölüm sonu keçirilən imtahandan 100 yox, 90 bal toplamasınadır. Əslində 90 bal da 5 qiyməti sayılır. Lakin bununla qane olmayıb uşağın sinfini dəyişmək istəyib. Bu mümkün olmadığı təqdirdə valideynlərlə danışılıb və sənədlər onlara geri qaytarılıb. Bizim onlara heç bir kobudluğumuz olmayıb. Nəzakətlə yola salmışıq”.

Xəbər 3479 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +