Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


10.08.2017  13:32 

Sabah da külək olacaq - Proqnoz





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-37, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.



Xəbər 3122 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +