Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


21.06.2017  12:32 

“Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq“





A+  A-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yerlərdə çalışan axundlara, imamlara nikahla bağlı xüsusi tövsiyyə və tapşırığı var.
XəzərNews.az-ın məlumatına görə, bunu DQİDK-nin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, tövsiyyə və tapşırıq ondan ibarətdir ki, vətəndaşlar rəsmi nikaha girdikdən sonra əgər din xadiminə müraciət edərək həmin nikahı dini qaydalarla davam etdirmək istəyirsə, bu halda vətəndaşların rəsmi nikaha girməsi ilə bağlı dövlət tərəfindən verilmiş sənədi olmalıdır:

"Bu sənəd olmadan din xadiminin bu nikahı din adı altında təsdiq etməsi tam qanunsuzdur və belə hal olduqda əgər bu din xadimi rəsmi şəxsdirsə, o, dərhal işdən azad olunur, cəzalandırılır, əgər qeyri-rəsmi din ilə məşğul olan adamdırsa, o, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilir”.

Komitə sədri bildirib ki, rəsmi fəaliyyət göstərən din xadimləri ilə din adı altında bu və ya digər işlər törədən şəxsləri eyniləşdirmək düzgün deyil:

"QMİ-nin təyinatı olmadan fəaliyyət göstərən hər hansı bir şəxsin törətdiyi əməllər Azərbaycanda din adına və dini təşkilatların, dini qurumların adına yazılmamalıdır. Yalnız QMİ tərəfindən təyinat almış və rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxsin dini ayinləri, dini mərasimləri həyata keçirmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinlər icra etməsi qanunsuzdur”.

Xəbər 2723 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +