Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


20.06.2017  10:57 

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb





A+  A-

“23 ildir, ibtidai siniflərə dərs deyirəm. İndi diplomumun dövlət nümunəli olmadığı üçün təhsil verə bilməyəcəyimi deyirlər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova “Qafqazinfo”ya şikayətində deyib. O bildirib ki, hazırda rayonda 80-dən çox müəllim onunla eyni taleyi yaşayır. Həmkarları ilə birlikdə məhkəməyə müraciət edib işə bərpa edilsələr də, dekabr ayından yenidən işdən çıxarılıblar:

“Biz Elmlər Akademiyasının nəzdindəki Günəş Assisiasiyasının Cəlilabad rayon qızlar kollecində təhsil almışıq. Hazırda diplomların dövlət nümunəli olmadığı üçün işləyə bilməyəcəyimizi deyirlər. Kollec 8 il fəaliyyət göstərib və hər il 30 məzun verib. Bu hazırda 200-dən çox müəllimin işsiz qalması deməkdir. Bütün sənədlərimiz əlimizdədədir. Bu günə qədər nazirliyin təşkil etdiyi bütün təlimlərdə, imtahanlarda iştirak etmişəm. Diaqnostik qiymətləndirmə imtahanı vermişəm. İndi deyirlər ki, nazirlik bütün nəticələrimizi ləğv edib. Aramızda yüksək titul qazanmış müəllimlər var”.

Müəllimlər Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə də görüşüb. Millət vəkili məsələnin müzakirə edildiyini və müəyyən güzəştlərin oluna biləcəyini bildirib.

Məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də, hələ ki, sözügedən mövzu ilə bağlı qurum mövqeyini açıqlamayıb.

Xatırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev bir neçə ay əvvəl verdiyi açıqlamasında 1000-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığını bildirmişdi.

Xəbər 2823 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +