Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


16.03.2017  14:40 

Azərbaycan Ermənistandakı seçkiləri müşahidə etmək niyyətində deyil





A+  A-

Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etmək niyyətində deyil.
XəzərNews.az-ın məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov Ermənistanın ölkədə aprel ayında keçiriləcək parlament seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün MDB ölkələrinə, o cümlədən Azərbaycana müraciət etməsi barədə xarici mətbuatda dərc edilən məlumata münasibət bildirərkən deyib.
Baş nazirin müavini deyib ki, Azərbaycanla Ermənistanın münasibətləri məlumdur və bu münasibətlərdə heç bir dəyişiklik olmayıb.
Onun sözlərinə hörə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz:
"Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə, Ermənistanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. İqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəyi onların öz işləridir. Bizim onlara sözümüz odur ki, münaqişəni aradan qaldırmayacaqlarsa, vəziyyətləri düzəltmək onlar üçün mümkün olmayacaq. Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşərdilər".
Ə.Əhmədov bildirib ki, Ermənistanda keçiriləcək və gələcəkdə ölkənin idarəçilik mexanizmini köklü şəkildə dəyişməyi nəzərdə tutan parlament seçkilərinin bu ölkə üçün yaxşı nələrsə vəd edəcəyini düşünmürlər. Azərbaycan isə bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil.

Xəbər 2971 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +