“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO
Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi
Qəzaya görə Gəncə konsertini təxirə saldı


12.11.2025  12:12 

Kinoya vəsait ayrılmaması təhlükə yaradır - Polad Bülbüloğlu





A+  A-

“Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq”.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur: “Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar. Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Milli Məclisin sədr müavini Rəfael Hüseynov da Polad Bülbüloğlunun fikrini dəstəkləyib: "XX əsrin ortalarında Azərbaycan kinosu böyük uğurlar qazanıb. Bu ənənə davam etdirilməlidir. Kinonun gələcəkdə inkişafı üçün vaxtilə Mədəniyyət komitəsində də məsələlər qaldırmışıq. Kinonun inkişafı üçün kino xadimlərinə müəyyən imtiyazlar verilməlidir. Kino avadanlıqlarının gətirilməsinə yüngülləşmiş vergi tətbiqi, azadetmələr də olmalıdır".

Xəbər 160 dəfə oxunub.



12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +