Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


17.05.2024  12:03 

Azərbaycan xalq mahnılarını dünyaya tanıdan... - DƏNİZ QULİYEVA + VİDEO





A+  A-

Diaspora.TV-də “Uğurlu soydaş”ın növbəti qonağı Kanadanın Viktoriya şəhərində yaşayan, Viktoriya Musiqi Konservatoriyasının tələbəsi Dəniz Quliyeva olub.

D.Quliyeva 8-ci sinif şagirdidir, 4 yaşından violin (skripka) ilə məşğuldur, 7 ildir Viktoriya Musiqi Konservatoriyasının tələbəsidir.

Qonağımız bildirib ki, müxtəlif tədbirlərdə Azərbaycan xalq mahnılarını xarici dinləyicilərə çatdırır. Hətta Dənizin ifasında olan "Sarı gəlin" onun təhsil aldığı məktəb tədbirində təqdim olunub:

“Mütəmadi olaraq Azərbaycan xalq mahnılarını insanlara tanıtmaq üçün mədəniyyət evlərində və təhsil aldığım məktəbdə canlı ifa edirəm”.

D.Quliyeva 2022-ci ilin martında Ukraynaya dəstək proqramına istedadlı iştirakçı kimi çağrılıb. Ukrayna üçün topladığı ianə ilə bağlı konservatoriya tərəfində sosial şəbəkədə paylaşımlar olub.

D.Quliyeva Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə keçirilən konsert proqramında iştirak edib və topladığı ianələri yardım mərkəzlərinə göndərib.

Müsahibimiz əlavə edib ki, beynəlxalq musiqi yarışlarında, festivallarda qızıl medal və sertifikatlara layiq görülüb. Konservatoriyada aldığı təhsilini isə təqaüdlə davam etdirir:

“Mən çox festival və yarışlarda iştirak etmişəm, o cümlədən “Richmond Music Festival”, “Vancouver KIWANIS Music Festival”, “Victoria Art And Music Festival”da yüksək nəticələr göstərmişəm. Üç il davamlı olaraq Torontoda keçirilən Beynəlxalq Musiqi Festivalı və yarışında (2021, 2022, 2023) “Qızıl medal” qazanmışam, 2022-ci ildə birinci olmuşam”.

D.Quliyeva sonda əlavə edib ki, onun bu yolda əsas məqsədi Azərbaycanı və milli musiqilərimizi dünyaya çatdırmaqdır.




Xəbər 9934 dəfə oxunub.





11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +