Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


11.03.2024  06:13 

Portuqaliyada parlament seçkiləri keçirilib





A+  A-

Martın 10-da Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilib.

Xəzərnews.az xəbər verir ki, seçkilər əvvəlcə 2026-cı ilə təyin edilsə də, 2023-cü ilin noyabrında Portuqaliya prezidenti Marselo Rebelo de Souza parlamenti buraxmaq və ölkədə növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu bəyan edir.

Dövlət başçısı bu qərarı 2015-ci ildə baş nazir olmuş sosialist Antonio Kostanın litium hasilatı və hidrogen istehsalı layihələrində mümkün pozuntularla bağlı prokurorluq araşdırması fonunda istefaya getdiyini elan etməsindən sonra verir.

Seçkilərdə fəallıq 65,4%-i ötüb. Səsvermə bülletenlərinin təxminən 95%-nin işlənməsindən sonra Sosial Demokrat Partiyasının sədri Luis Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans liderlik edir. Koalisiya 29,5% səs toplayıb.

Onu 28,5% səslə Kostanın Sosialist Partiyası izləyir. Sonrakı yerdə 18,6% səslə səsvermədə nəticələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıran ifrat sağçı “Yetər” siyasi qüvvəsi gəlir.

Portuqaliyanın gələcək baş nazirini müstəqil şəkildə təsdiqləmək üçün seçkilərin qalibi parlamentdə yerlərin mütləq əksəriyyətini əldə etməli idi. Bu baş vermədiyinə görə partiyalar öz namizədinə potensial dəstək üçün ölkə məclisinə daxil olmuş digər siyasi qüvvələrlə danışıqlar aparmağa çalışmalıdırlar.


Xəbər 2827 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +