Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


12.11.2025  16:45 

Xalqları birləşdirən söz: Məqsud Şeyxzadə və tolerantlıq dəyərləri





A+  A-

"Tolerantlıq Gününə həsr olunan bu kimi tədbirlərin keçirilməsi Özbəkistanda yaşayan müxtəlif millət nümayəndələri arasında qarşılıqlı anlaşma, hörmət və mənəvi birliyin möhkəmlənməsində xüsusi əhəmiyyət daşıyır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Mərkəzin rəhbəri Mobil Məmmədov çıxış edib.

M.Məmmədov bildirib ki, Özbəkistan qədimdən dostluq və həmrəyliyin diyarı olub:

"Bu ölkədə 130-dan artıq millət və xalq, 16 dini konfessiya nümayəndəsi sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Bu prosesdə mədəniyyət və ədəbiyyat mühüm rol oynayır - onlar insanları birləşdirir, qəlbləri yaxınlaşdırır.

Bu gün Yazıçılar İttifaqının tədbirində bir daha əmin oluruq ki, yazıçı sözü xalqlar arasında körpü qura bilən bir qüvvədir. Buna parlaq nümunə uzun illər Özbəkistanda yaşayıb yaradan məşhur azərbaycanlı şair və yazıçı Məqsud Şeyxzadədir. O, qardaşlıq və humanizm ruhu ilə yoğrulmuş əsərləri vasitəsilə özbək ədəbiyyatının inkişafına böyük töhfə vermişdir".

Mərkəz rəhbəri qeyd edib ki, onun yaradıcılığı özbək və azərbaycan xalqları arasındakı dostluğun, qarşılıqlı hörmətin və mədəni əlaqələrin canlı rəmzinə çevrilmişdir:

"Bu gün onun adını yad edərkən biz təkcə böyük bir yazıçını ehtiramla xatırlamırıq, həm də o, ömrü boyu xidmət etdiyi tolerantlıq və qarşılıqlı anlayış ideyalarını daha da möhkəmləndiririk.

Özbəkistan Respublikası Azərbaycan Milli-Mədəniyyət Mərkəzi adından Yazıçılar İttifaqının rəhbərliyinə və təşəbbüskarlarına xalqlarımızı birləşdirən mənəvi dəyərlərə göstərdikləri diqqətə görə dərin minnətdarlığımı bildirirəm".


Xəbər 2585 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +