Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu
Sakinləri qorxuya salan 100 yaşlı bina -VİDEO
Mehdiyev klanının ikinci adamı həbs oluna bilər -FOTO
Zakir Qaralovun şirkətlərinin vergi borcu artır


06.11.2019  17:10 

Bakıda cinayətkar şəbəkə ifşa edildi





A+  A-

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkənin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, İskəndərov Rəşad İmran oğlu 2018-2019-cu illər ərzində faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasında qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil edib.

Habelə eyni məqsəd və üsulla həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə çatdırılması müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min Avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsinə, eyni zamanda həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 ədəd noutbuk, 1 ədəd stolüstü komputer, 118 min ABŞ dolları, 61 min manat, 1.125 AVRO pul vəsaiti, 2 ədəd mobil telefon aşkar edilərək götürülüb.

İş üzrə Rəşad İskəndərov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3477 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +