Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


04.09.2025  12:22 

“İş bağlanıb, hara istəyirsən şikayət elə!”





A+  A-

Qazax rayonu, Daş Salahlı kəndinin sakini Asif Bafadar oğlu Qurbanov qızının müəmmalı ölüm işinin araşdırılmasını tələb edir. O, baş prokuror Kamran Əliyevə müraciət edərək qızının ölüm işinin nəzarətə götürülməsini və yenidən araşdırılmasını istəyir.

XəzərNews.az musavat.com-a istinadla xəbər verir ki, o, müraciətdə 25 yaşlı qızı Aytac Asif qızı Qurbanovanın(sonradan Əliyeva) 2021-ci ildə ailə qurduğunu yazıb.

“Öz kəndimizdən olan Adil Ayvaz oğlu Əliyev ilə el adətilə rəsmi surətdə ailə həyatı qurdu. Bu nikahdan bir övladları da var. Səhhətimlə bağlı xəstə olduğuma görə bu ilin yanvar ayının 11-də qızım və həyat yoldaşı bizə gəlib, məni ziyarət etdilər. Öz evlərinə qayıdandan sonra, səhəri gün, yanvarın 12-də xəbər gəldi ki, qızım Aytac dərman içərək özünü öldürüb. Həmin vaxt mənim bacılarım Dürdanə Qurbanova və Yeganə Məmmədova, eyni zamanda Aytacın baldızı Hava xanım da orada olublar. Hadisə də məhz onların yanında baş verib. Lakin meyiti yuyanda sinəsinin ürək nahiyəsində bıçaq yarası olduğu aşkar edildi. Mən morqda meyiti ekspertiza üçün yaran həkimlərdən soruşduqda, həkimlər bildirdilər ki, dərmandan deyil, bıçaqla öldürülüb. Bu barədə bacılarımdan növbəti dəfə soruşanda ki, bəs deyirdiniz dərman içib, bu bıçaq yarasına nə deyirsiz? Onlar həyəcanlı halda cavab verdilər ki, hə, əvvəl dərman içdi, sonra da bıçaqla özünü öldürdü. Bu, olduqca absurddur. Məsələ ilə bağlı mənə rayonun baş prokuroru Rövşən Əliyev və onun köməkçisi Nihat Əmirli bildirdilər ki, iş araşdırılır. Lakin heç bir üzləşdirmə, dindirilmə olmadığından rayon məhkəməsinə müraciət etdim. Məhkəmədən bildirdilər ki, prokurorluq tərəfindən iş artıq bağlanıb. İşi necə araşdırdıqları barədə mən prokuror Rövşən Əliyevə etirazımı bildirəndə o, özündən razı halda cavab verdi ki, “iş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!”

Şikayətçi yazır ki, Aytacın qaynanası Nəsibə Əliyeva isə qohum-qonşuların yanında dəfələrlə deyib ki, biz bir “meşok” pul vermişik, oğluma heç nə olası deyil:

"Hörmətli Kamran müəllim! Gənc qızını itirmiş ürəyi yaralı bir ata və vətəndaş kimi Sizdən xahiş edirəm ki, qızımın qatilinin cəzasız qalmaması üçün bu cinayət işinin yenidən düzgün və qərəzsiz araşdırılmasına göstəriş verəsiniz. Ümidvaram ki, sayənizdə bu cinayət işində haqq və ədalət öz yerini tapacaqdır”.


Xəbər 3910 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +