Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


24.09.2020  12:35 

İranın Londondakı səfiri XİN-ə çağırıldı





A+  A-

İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninejad ölkədə insan hüquqlarının pozulması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
XəzərNews.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, görüş zamanı Bəninejada İngiltərənin İranda insan haqlarının ciddi şəkildə pozulması ilə bağlı narahatlığını əks etdirən bir məktub verilib.

Məktubda İranın həbs siyasətinin beynəlxalq aləmdəki mövqeyini ciddi şəkildə sarsıtdığı deyilir. Bildirilib ki, ikili vətəndaşlar da daxil olmaqla İngiltərə vətəndaşları çox vaxt sərt şərtlər altında və heç bir əsas olmadan İran həbsxanalarında cəza çəkirlər. Onların özbaşına tutulduqları və ailələri ilə görüşmək hüquqlarının olduğu vurğulanıb.

Məktubda, həmçinin İran sərhədləri daxilində insan haqlarını müdafiəçilərə qarşı davam edən təqiblərdən, media və mədəniyyət təşkilatlarına və işçilərinə edilən təzyiqlərdən narahatlıq ifadə edilib.

Qeyd edək ki, İranın Paris və Berlindəki səfirləri də bu həftə müvafiq ölkələrin XİN-lərinə çağırılıb.

Xəbər 1628 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +