İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


19.04.2022  11:11 

İlanlar bu məktəbi “işğal” edib - Video





A+  A-

Göyçayda bir orta məktəb binası sözün əsl mənasında təhlükə saçır. Çünki, havaların istiləşməsi ilə ilanlar binanı özlərinə yuvaya çeviriblər. Müəllimlər və şagirdlər məktəbdə qorxa-qorxa dərs keçirlər. Əməkdaşlarımız həmin məktəbdə olub, təhlükənin böyüklüyünü aidiyyatı qurumlara çatdırmağa çalışıblar.

Divarları çat-çat, döşəməsi qırıq, ayaq altında olan taxtlar isə yararsız.

Yazın gəlişi ilə çoxalan ilanlar məktəb binasını özlərinə yuva seçiblər. Kadrlar Göyçaydandır. Qarayazı kəndindəki bu köhnəlmiş binada eyni anda 309 şagird 2 növbə ilə təhsil alır.

Müəllimlərin sözlərinə görə, hər il olduğu kimi bu ildə yaz aylarında məktəb binasında ilanlara tez tez rast gəlinir. Bəzən elə olur ki, ilan təhlükəsinə görə şagirdlər onlara verilən tənəffüs fasiləsindən belə istifadə etməkdən qorxurlar.

Vəziyyət valideynləri də narahat edir.

Məsələ ilə bağlı Ucarda yerləşən Təhsil Nazirliyinin 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən şifahi olaraq “Xəzər Xəbər”ə bildirdilər ki, sözü gedən məktəb və olaydan xəbərdardırlar. Artıq bir dəfə həmin məktəbin daxili və xaricinə ilan əleyhinə xüsusi məddələr səpilib. Ehtiyac olarsa yenidən həmin maddələrin səpilməsi diqqətdədir. Mərkəzdən onuda bildirdilər ki, Qarayazı kənd tam orta məktədi təmir bərpa işləri üçün 2019-2023 ilərin planına da salınıb.



Xəbər 1957 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +