İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


12.04.2022  10:09 

Xəstəxanaların “elektron sistemi” niyə çökür?





A+  A-

Bakı şəhərində xəstəxanaların biri digərinə göndərişləri elektron göndərməsi ciddi problem yaradıb.

Bu barədə XəzərNews.az-a müraciət edən Abşeron rayon sakini Vəfa Əliyeva bildirir ki, əvvəlki sistem daha rahat və əlverişli idi.

V.Əliyeva bildirib ki, əvvəllər 1 saata həll etdikləri işi indi iki günə həll edib qurtara bilmirlər:

“Abşeron rayon Mərkəzi Xəstəxanasında göndərişi sistemlə yazırlar, cavab saatlarla, bəzən də günlərlə yubanır, adını da qoyublar elektron, asan, rahat… Bunun harası asan oldu, xəstəxanalar biri-digərinə operativ cavab vermir. Abşeronun qəsəbə və kəndlərinin sakinlərini töküblər Bakı-Sumqayıt yolundakı Mərkəzi Xəstəxanaya… Növbə, qırğın, söyüşün biri bir qəpik. Belə olmaz axı, hamıda gözləyir və bu proses hər adamda ən azı iki gün vaxt aparır. Göndərişin sistemlə göndərildiyi xəstəxanaya zəng vururuq, deyirlər, hələ gəlməyib, göndərildiyi yerdən deyirlər 2 saatdır göndərmişik. Bu necə olur? Hərə bir ağ xalat geyib, əllərində bahalı telefon, söz deyirsən cavab da vermirlər. Necə edək, dərdimizi kimə deyək?”

Qeyd edək ki, hazırda istənilən ölkədə səhiyyə və tibb sahəsində gündəlik fəaliyyət informasiya və kommunikasiyaya söykənir və getdikcə daha çox onların əsasını təşkil edən texnologiyalardan asılı olur. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT-nin) səhiyyəyə inteqrasiyasının labüdlüyü get-gedə daha aşkar hiss olunur. Bu eyni dərəcədə həm vətəndaşların yüksək keyfiyyətli və təhlükəsiz tibbi xidmətlərlə təmin olunması sahəsinə, həm də kadrların səmərəli yerləşdirilməsi, statistik verilənlərin yığılması, qorunması, emalı və ötürülməsi prosedurlarını əhatə edən hesabat-uçot və tibbi tədqiqatların aparılması sahəsinə aiddir.

Bütün bunlar isə öz növbəsində səhiyyənin kompleks informasiyalaşdırılması və səmərəli idarə edilməsinə yönəlmiş qərarların qəbulu üçün vahid milli informasiya fəzasının formalaşması zərurətini aktuallaşdırır.

Lakin səhiyyənin və tibbin kompleks informasiyalaşdırılması üçün aydın məqsəd olmalı, sahənin informasiya texnologiyaları infrastrukturu təhlil edilməli, modernləşdirmənin texnologiya və istiqamətləri araşdırmalı, bu sahədə xarici dövlətlərin təcrübəsi öyrənilməli, əsas milli prioritetlər müəyyənləşdirilməlidir.

Əlbəttə, daha bizdəki kimi deyil....

Lalə Zahidqızı
XəzərNews.az


Xəbər 1787 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +