Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


27.12.2020  11:46 

Gəncədə karantin rejimini pozan kafe aşkarlandı





A+  A-

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

ŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Post-patrul Xidmətinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində şəhərin Kəpəz rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elmar Tanrıverdiyevlə bərabər 12 nəfər müştəri də qanunla müəyyən edilmiş qaydada saxlanılaraq ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Bundan başqa kafenin müştərisi Ələkbər Hüseynov üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilmiş və əl çantasından çəkisi 3.66 qram çəkidə narkotik vasitə olan “Tiryək” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1915 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +