Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.06.2020  16:29 

Azərbaycanda məhkumlarla bağlı şərtlər DƏYİŞİR





A+  A-

İctimai işlər növündə cəzanın çəkilməsi və icrası şərtlərinə dəyişiklik təklif edilir.
XəzərNews.az-ın xəbərinə görə, dəyişiklik təklifi sabah Milli Məclisdə 1-ci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihə bildirilir ki, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidir.

Hazırda qüvvədə olan qanuna görə isə məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

Eyni zamanda, layihəyə əsasən, ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırma hallarına yeni maddə də əlavə edilir. Bu elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər də ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran şəxslər hesab olunacaq.

Xəbər 1979 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +