Kəlbəcərdə “Mercedes“ dərəyə aşdı
Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
“AA“ seriyalı “Land Rover“ini sürən yeniyetmə...
Hikmət Hacıyev ABŞ-da... - Görüşlər keçirir
Bu, müharibə aktıdır - Co Vilson
Dünyada daha bir eskalasiya baş verdi - Zelenski
Vilayət Eyvazov Ansaqan Baltabekovu qəvul edib
Polşa səmasında Rusiya PUA-ları vurulub


28.08.2025  13:13 

Avtobuslarda gedişhaqqı 1 manat olacaq?





A+  A-

İctimai nəqliyyatda - avtobusda gedişhaqqının məbləğinin artacağı ilə bağlı iddialar yayılıb. Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq.

Buna təsir edən faktorlar kimi nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov Modern.az-a açıqlamasında ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı yayılan fikirlərin ajiotaj olduğunu bildirib:

“Düşünürəm ki, avtobusda gedişhaqqının artacağı ilə bağlı yayılan iddialar ajiotajdır. Hazırda bununla bağlı nə hökumət, nə də aidiyyəti qurum tərəfindən açıqlama var. Tarif Şurası da toplaşmayıb. Bu, sadəcə olaraq, insanlar arasında yayılan söz-söhbətdir. Artım sonuncu dəfə metro və avtobuslarda eyni vaxtda olub. Həmin artımın üzərindən uzun vaxt keçməyib. Hələ ki bu məsələyə baxılacağını güman etmirəm. Bununla belə, Tarif Şurasının hansı addımı atacağını mən də deyə bilmərəm. Lakin şəxsən bu yaxınlarda hər hansı artımın olacağını gözləmirəm”.

Qeyd edək ki, hazırda ictimai nəqliyyatda minimal gedişhaqqı 50 qəpik təşkil edir.

Xəbər 2722 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +