Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


28.08.2025  10:22 

İlham Əliyev Qələbə Paradında iştirak edəcək





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək.

XəzərNews.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu möhtəşəm tədbirdə ümumilikdə 26 xarici ölkə lideri iştirak edəcək.

Onların sırasında Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkiyan, Pakistanın baş naziri Şahbaz Şərif və digər dövlət başçıları da yer alacaq.

Qələbə Paradı Pekinin Tyananmen meydanında təşkil ediləcək və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində, həmçinin İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunacaq. Tədbir çərçivəsində genişmiqyaslı hərbi yürüş, Çin ordusunun müasir texnikalarının nümayişi və rəsmi mərasimlər keçiriləcək.

Beləliklə, Pekində keçiriləcək bu yubiley paradı beynəlxalq siyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin də yüksək səviyyədə iştirak etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun və Çinlə əlaqələrinin önəmini bir daha təsdiqləyir./musavat.com



Xəbər 2483 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +