Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var
Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi


30.01.2025  10:51 

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı





A+  A-

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb.

XəzərNews.az Lent.az-a istinadla bildirir ki, onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, “Soyuzdorstroy” şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və “MTU Saturn”un baş direktoru Artem Suslikov da ev dustaqlığından azad edilib.

Sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti isə uzadılıb. Onların hamısı mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham edilib və Sadıqovla birlikdə onun işi üzrə tutulublar.

Müstəntiqlərin fikrincə, müttəhimlər əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıblar. Bu şirkətlər vasitəsilə geri qaytarmaq niyyətində olmayan kreditlər alıblar. Nəticədə kreditorlar xeyli itki ilə üzləşiblər.

Xatırladaq ki, Tufan Sadıqova qarşı 2024-cü ilin dekabrında xüsusilə böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində ev duastaqlığı həbs qətimkan tədbiri seçilib. Onun oğlu İlya Sadıqov da "Ximki" klubunun futbolçusudur.

Onu da qeyd edək ki, idman insayderləri üzrə ixtisaslaşmış resurslara görə isə, Tufan Sadıqov 20 milyon rubl girov müqabilində azad edilib.

Xəbər 2973 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +