Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var
Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi


11.01.2025  16:37 

Burun əməliyyatından sonra komaya düşən xəstə ilə bağlı araşdırma başladı





A+  A-

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırılır.

Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:

"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni tənəffüs aparatına qoşulub, intensiv müalicə və müşahidə davam etdirilir".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.

Xatırladaq ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün "Mərcan" klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra "Liv Bona Dea Hospital"a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb.

Xəbər 3278 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +