Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


01.05.2018  15:43 

Çirkli hava ildə 7 milyon insanın həyatına son qoyur





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı havanın çirklənməsi səbəbindən ildə 7 milyona yaxın insanın öldüyünü açıqlayıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın direktoru Tedros Adhanom ölkə rəhbərlərini ətraf mühitin çirklənməsi ilə mübarizəyə səsləyib. Onun açıqlamasına görə, dünya üzrə hər 10 nəfərdən 9-u yüksək miqdarda zərərli maddələrlə dolu hava ilə nəfəs alır. Çirkli havanın xüsusilə yoxsulların yaşadığı ərazilərdə insanların həyatına təhlükə yaratdığı bildirilib. Tedros, əsasən Asiya və Afrika ölkələrində ekoloji böhranın güclü olduğunu deyib.

Təşkilatın məlumatına görə, dünya miqyasında 3 milyard insan evlərində yemək bişirərkən sağlamlığa ziyan verən maddələrlə dolu dumanla nəfəs alır. Bu isə milyonlarla insanın həyatını itirməsinə səbəb olur. 4 milyon 200 min nəfər insan isə birbaşa çirkli hava ilə tənəffüs etdiyindən dünyasını dəyişir. Sənaye müəssisələri, avtomobillər və digər nəqliyyat vasitələrinin buraxdığı zərərli qazlar da insan ölümlərində böyük rol oynayır. İflic olmanın 25, ağciyər xərçənginə yoluxmanın 30, xroniki ciyər xəstəliklərinin isə 43 faizi hava kirliliyi səbəbindən yaranır.

Xəbər 1378 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +